KTMT ölkələri Ermənistanda “Qrom” xüsusi təlimlərini keçirəcək

“Qrom-2021” xüsusi təlimləri bu il Ermənistan ərazisində keçiriləcək.

“İnterfaks”ın məlumatına görə, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov bildirib.

“Ermənistan Respublikası ərazisində keçirilməsi planlaşdırılan təlimlər zamanı zirehli texnika, xüsusi avtonəqliyyat, aviasiya, PUA və xidmət-axtarış itlərinin istifadəsi ilə iki mərhələdə praktik tədbirlər keçiriləcək”, – deyə Zaynetdinov əlavə edib.

Qeyd edək ki, KTMT tərəfindən həyata keçirilən “Qrom” təlimləri narkotik ticarəti ilə mübarizəyə həsr olunub.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button