“And içirəm ki, özümü güllələyərdim. Belə həyat kimə lazımdır axı?”

Ermənistanda keçmiş prezident Robert Köçəryandan sonra digər keçmiş prezident Serj Sərkisyan da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyana özünü güllələməyi təklif edib. Ermənistanın 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğramasından sonra bir çox əleydarları Paşinyana özünü güllələməyi təklif ediblər. Lakin onun belə niyyəti yoxdur və əksinə, məğlubiyyətə görə günahın həm də Köçəryanla Sərkisyanın üzərində olduğunu az qala hər çıxışlarında deyir. Bildirir ki, məhz onlar ordunu talamaq hesabına özlərinə sərvət yığmışdılar və nəticədə Ermənistan ordusu müharibədə məğlub oldu.

Serj Sərkisyan hazırkı seçkilərdə birbaşa iştirak etmir, yəni deputatlığa namizədliyini irəli sürməyib. Amma onun Respublika partiyası Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” bloku ilə birlikdə seçkilərə qatılıb. Sərkisyan isə blokun seçkiqabağı təbliğatında iştirak edir və Paşinyanı bacardığı qədər gözdən salmağa çalışır.

Ötən gün o, Cermukda seçicilərlə görüşündə müharibədə minlərlə əsgərin ölümü haqda danışaraq deyib ki, Nikol Paşinyanın yerində olsaydı özünü güllələyərdi.

“Müharibə mənim ən çox nifrət etdiyim şeydir. Heç vaxt istəməzdim ki, nəinki müharibə, heç döyüşlər də olsun. Lakin kim döyüşdən qorxursa…bax belə nəticəyə gətirib çıxarır”,-Sərkisyan belə deyib.

Onun sözlərinə görə, əgər Paşinyanın az da olsa şərəfi, ləyaqəti vardısa gərək özünü güllələyərdi.

“And içirəm ki, əgər mən ali baş komandan olsaydım və belə situasiya yaransaydı, sadəcə olaraq özümü güllələyərdim. Belə həyat kimə gərəkdir axı?”,-keçmiş prezident bildirib. Sərkisyan qeyd edib ki, müharibədə ölən 5 min əsgər Paşinyanın vicdanına yazılıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button