Jurnalistlər binasının komendantı saxlanılıb
Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.
B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğunun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.
Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.