İrəvanı Bakının əlindən alan olmayacaq – Moskvadan baxış

12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır.

Bu sözləri açıqlamasında rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər – işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsi və atəşkəsin təmin olunması:

“Lakin Ermənistan bu şərtləri qətiyyən qəbul etmir və Azərbaycana qarşı müntəzəm olaraq təxribatlar törədir. Təxminən 30 il ərzində Bakı münaqişəni siyasi yolla nizamlamağa çalışırdı. İndi isə 12 iyul Ermənistanın süqutunun başlandığı gün ola bilər. Bakı son dərəcə qətiyyətli mövqedədir. Bu dəfə Ermənistanın köməyinə Moskva da daxil olmaqla, heç bir dövlət gəlməyəcək”, – deyə həmsöhbətimiz qeyd edib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button