MİT-dən İŞİD-ə ağır zərbə: “Türkiyə vilayəti cavabdehi” xüsusi əməliyyatla saxlanıldı
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının “Türkiyə vilayəti cavabdehi” saxlanılıb.
MİT kəşfiyyat məlumatları əsasında “Ebu Usame el Türki” kod adlı Qasım Gülərin qanunsuz yollarla ölkə ərazisinə keçərək genişmiqyaslı terror aktları planlaşdırdığını müəyyən edib. MİT əməkdaşları tərəfindən izlənilən terrorçu Suriyada saxlanılaraq Türkiyəyə gətirilib.
Qeyd edək ki, Qasım Gülər qırmız kateqoriyalı axtarış siyahısında olub.