Prokurorluq Ucar sakininin öldürülməsi ilə bağlı məlumat yaydı

Xəbər verildiyi kimi, iyulun 10-u saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə əlaqədar Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

Ucar rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən  təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button