BMT Baş katibi Azərbaycan və Ermənistana müraciət etdi:”Döyüş hərəkətlərini təcili dayandırın”

BMT baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa çağırıb.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrikun bəyanatında deyilir.

“Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa çağırır, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin deeskalasiisyası üzrə təcili addımlar atmağı xahiş edir”, – Dyujarrik vurğulayıb.

Onun sözlərinə görə, baş katib həmçinin tərəfləri fitnəkar ritorikadan çəkinməyə çağırıb.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button