Zaqatalada 2 tondan artıq çətənə kolu məhv edilib

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Aşağı Çardaxlar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ümumi çəkisi 2 ton 100 kiloqram olan  2500 ədəd narkotik tərkibli çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button