Azərbaycan-Türkiyə ortaqlığı Birlik simvoluna çevrilir

Türkiyə Azərbaycanla yanaşı Mərkə­zi Asiya ölkələri ilə də hərbi əməkdaşlı­ğı genişləndirir. ‘Şuşa bəyannaməsi’ Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edib. Qazaxıstan və Özbəkistan Türkiyə ilə birgə hərbi təlimlərə və birgə hərbi texnika istehsalına üstünlük veriblər. Ankara Qırğızıstan, Türkmənistan, hətta Tacikistanı da unutmayıb.

Türkiyənin Orta Asiya üzrə xarici si­yasət prioritetlərini şərh edən politoloq Elxan Şahinoğlu Müdafiə naziri Hulusi Akarın bir nəçə gün əvvəl Qırğızıstana və Tacikistana səfər etdiyini xatırladıb.

“Məlumdur ki, Qırğızıstanla Tacisiktan arasındakı münasibətlərdə sərhəd gərginliyi var, son insidentdə hər iki tə­rəfdən itkilər olmuşdu. Ona görə də Hu­lusi Akarın Qırğızıstandan sonra Taci­kistana səfəri doğru strategiya idi. Əks halda, yəni Hulusi Akar Qırzğıstana ge­dib Tacikistana getməsəydi, Düşənbə bunu Ankaranın tərəflərdən birini dəs­təkləməsi kimi qiymətlənditə bilərdi”- deyə, politoloq vurğulayıb.

E. Şahinoğlu Qırğızıstanın yeni pre­zidenti Sadır Japarovun ötən ay Türki­yəyə səfər edərək həmkarı Rəcəb Tay- yib Ərdoğanla görüşdüyünə diqqət çə­kir.

Onun sözlərinə görə, Qırğızıstanın Türkiyənin hərbi və maliyyə dəstəyinə ehtiyacı var: “Türkiyə hər ikisini təmin edəcək. Bunun əvəzində Ankara Qırğızıstandakı Fətullah Gülən tərəfdarlarının Türkiyəyə iadə edilməsini istəyir. Sadır Japarov ölkəsində Gülən tərəfdarları ilə mübarizə aparacağını vəd ədib. Bundan sonra Hulusi Akar Bişkekə gedərək qırğız həmkarıyla geniş fikir mübadiləsi apardı. Akar Tacikistanda olarkən bu ölkə ilə də hərbi əməkdaşlığı genşləndirməyə hazır olduğunu bildirib. Qırğızıstan kimi Tacikistanın da Türkiyənin hərbi dəstəyinə ehtiyacı var.

Bu ölkələri Əfqanıstandakı xaosa qarşı birgə mübarizə də birləşdirir. Mər­kəzi Asiya ölkələri Taliban hərəkatının Əfqanıstanda yeni-yeni məntəqələr ələ keçirməsindən narahatdırlar. Taliban Mərkəzi Asiya ölkələrinin sərhədlərinə yaxınlaşıb. Türkiyə hərbçiləri ABŞ və di­gər NATO ölkələrindən fərqli olaraq Əf­qanıstandan çıxmayacaq, Kabil hava li­manını qoruyacaq. Bu mənada Türkiyə­nin Əfqanıstanda oynadığı rol Mərkəzi Asiya ölkələrinin də maraqlarına cavab verir”.

Bu arada, Türkmənistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qayı­dacağını bəyan edib. Politoloq hesab edir ki, bu da türk birliyinin və türkdilli dövlətlər arasında inteqrasiyanın xeyri nədir.

‘Rusiyanın bəzi ekspertləri ondan narazıdırlar ki, Kreml Azerbaycanda ve Mərkəzi Asiyada boşluq yaradıb ve bun­dan Türkiyə öz məqsədləri üçün məha­rətlə istifadə edir. Bu boşluq deyil, hadi­sələrin doğru istiqamətdə inkişafıdır.

Kreml buna qarşı nə edə bilər ki? Azər­baycan və Mərkəzi Asiya ölkələri dili, kökü ve dini bir Türkiyə ile sıx əlaqələr qurmaq, təhlükələrə qarşı birgə mübari­zə aparmaq istəyirlər. Rusiyanın yega­nə dərdi isə bu ölkələri özündən asılı vəziyyətə salaraq tədricən vassala çe­virməkdir. Özünə hörmət edən heç bir dövlət vassal olmaq istəmir, ona görə də bölgə ölkələri Rusiyanı deyil, Türkiyəni seçirlər’- deyə, E. Şahinoğlu vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button