“Türkiyə Qafqazdakı bütün oyunçuları sıradan çıxarır” – Erməni politoloqdan ilginc açıqlama

“Bölgədəki oyunçular arasında müvəqqəti konsensus mümkündür. Lakin uzunmüddətli perspektivdə maraqların toqquşması baş verəcək. Türkiyə Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəsinin ona geniş imkanlar açdığını anlayır və Cənubi Qafqazdakı mövqeyini daha da gücləndirir”.

“Sputnik”ə istinadən xəbər verilir ki, bu fikirləri erməni politoloq  Alen Qevondyan Türkiyənin 3 + 3 formatının yaradılması haqda irəli sürdüyü təklifə münasibət bildirərkən səsləndirib.

“Ankaranın dəstəyi Bakının uğurlarını daha da artırdı. Burada Ermənistan rəhbərliyinin düşünülməmiş hərəkətləri də öz təsirini göstərdi. Həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və qabiliyyətsizliyi fonunda Türkiyə geosiyasi dividentlər qazandı” –deyə Qevondyan vurğulayıb.

Erməni politoloqa görə, Türkiyə Prezidenti Ərdoğan 2020-ci ilin dekabrında Bakıya səfəri zamanı Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanı da əhatə edəcək bir platformanın yaradılması ehtimalını irəli sürdü. İyun ayında Azərbaycana səfəri zamanı bu mövzuya bir daha toxundu və formatın, bütün iştirakçılara böyük fayda vəd etdiyini bildirdi. Qevondyanın sözlərinə görə, formatın əsəs prinsipi ondan ibarətdir ki, regional problemlər yalnız bölgədəki oyunçuların iştirakı ilə həll edilməlidir. Heç bir xarici qüvvələr buna müdaxilə etməməlidir. Qevondyan ilk növbədə bu sözləri ilə ABŞ, Avropa Birliyi və Çinə eyham vurub.

“Rusiyaya gəlincə, unutmayın ki, Moskva ilə Ankara arasındakı tərəfdaşlıq münasibətləri indi bölgədə nə qədər çox müşahidə edilsə də, bu iki dövlət  rəqib olaraq qalırlar. Ona görə də, yaxın perspektivdə formata daxil olacaq  tərəflər arasında müəyyən məsələlərdə fikir razılığı mümkün olsa da, gələcəkdə oyunçuların regional böhranları birlikdə həll edəcəkləri sual altındadır” –deyə erməni politoloq fikirlərini tamamlayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button