Erməni terrorçuları Qarabağdakı bu ərazidən atəş açdı

Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Araşdırmaçı jurnalist Elçin Alıoğlu insidentin baş verdiyi məkanın fotolarını yayıb.

O bildirib ki, erməni terrorçuların mövqeləri Fərrux yüksəkliyindədir (3200 metr).

Fotoda sarı rənglə rusiyalı sülhməramlıların mövqeləri göstərilib.

Qeyd edək ki, Fərrux həmin arealda strateji önəmli yüksəkliklərdən biridir.

Hamısını Göstər

Related Articles

Back to top button