Rusiya Azərbaycan və Ermənistanı danışıqlara çağırdı

“Rusiya Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır və eskalasiyanı dayandırmaq üçün hər şey edəcək”.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib.

“Biz bu vəziyyətdən çox həyəcanlı və narahatıq. Eskalasiyanı, döyüşü dayandırmaq üçün hər şey edəcəyik. Bunun ardınca danışıqlar prosesi çərçivəsində qarşılıqlı məqbul həll yolları tapacağıq. Vəziyyət həqiqətən narahatedicidir”, – deyə o vurğulayıb.

Azərbaycan və Ermənistanı danışıqlara çağıran V. Matviyenko bildirib ki, MDB Parlamentlərarası Assambleyanın sədri kimi ona həm Azərbaycan, həm də Ermənistan parlament rəhbərlərinin müraciəti daxil olub: “Hər iki ölkə Rusiya ilə tərəfdaş və dostdur. Fikrimcə, indi əsas məsələ günahkar axtarmaq deyil, istənilən döyüş fəaliyyətini dərhal dayandırmaqdır. Eskalasiyanın qarşısının alınması, sülh əldə olunması üçün diplomatik yollarla bütün tədbirlər görülür. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü kimi də bu məsələ ilə bağlı öz missiyasını yerinə yetirir”.   

O, parlament xətti ilə də bu istiqamətdə səylər göstərildiyini vurğulayıb.

Mənbə
525.az
Hamısını Göstər

Related Articles

Back to top button