Azay Quliyev Berlin TV-də həmsədrləri ittiham etdi
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Berlin TV-yə verdiyi müsahibədə Ermənistanın Tovuz təxribatına görə ATƏT-in Minsk qrupunun həmsədrlərini ittiham edib.
Berlin TV-nin jurnalisti xanım Rakua Kraufordun Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrlə bağlı hazırladığı reportaj – müsahibə alman və ingilis dillərində yayımlanıb.
Müsahibəni təqdim edirik:
Rakua Krauford: – Nəyə görə bu eskalasiya məhz Azərbaycan ilə Ermənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində başladı? Əsas səbəblər nələrdir?