“Çoxsaylı qurban verdik, itkilər böyükdür” – Erməni ekspertlər etiraf etdi

Tovuz döyüşlərində yüzlərlə canlı qüvvə və hərbi texnika itirən, ağır məğlubiyyətlə üzləşən Ermənistanda hakimiyyətə qarşı daxili narazılıq artıb.

Erməni politoloq Andranik Tevanyan Paşinyan hakimiyyətinin rüsvayçı siyasəti nəticəsində çoxsaylı qurban verdiklərini açıqlayıb.

Tevanyan sərhəddə baş verən toqquşmaların Paşinyan üçün Tavuş dərsi olduğunu bildirib.

“Nikol Paşinyan anlamalıdır ki, münaqişənin “Ermənistan, Qarabağ və Azərbaycan xalqlarının iştirakı” formatında həlli formulu yoxdur.

Beynəlxalq səviyyədə və daxili auditoriyada populizmlə məşğul olması, danışıqlardan imtina etməsi toqquşmlara, qurbanlara və ağır itkilərə səbəb oldu. Siyasət və dövlət idarəsi sadəcə kağız üzərində yazılıb və heç bir daxili həmrəylik yoxdur. Hakimiyyət dövlət maraqlarının əleyhinə olan yanlış siyasətini davam etdirir”, – erməni politoloq deyib.

Tevanyan hazırda Ermənistan üçün təhlükəli vəziyyətin yetişdiyini bildirib.

Qeyd edək ki, Tovuz döyüşlərində erməni hərbi birləşmələrinin yüzlərlə canlı qüvvə və hərbi texnikası məhv edilib. Ermənistan tərəfi itkiləri gizlətməyə çalışsa da, erməni ekspertlər çoxsaylı itkilərin olduğunu deyirlər. Tavenyanın “hakimiyyətin rüsvayçı siyasəti nəticəsində çoxsaylı qurban verdik, itkilər böyükdür” sözləri də bunu təsdiqləyir.

Mənbə
xeberle.com
Hamısını Göstər

Related Articles

Back to top button