Rusiya səfiri Naxçıvanla sərhədə gəldi
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Naxçıvanla sərhədə gəlib.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin Feysbukdakı səhifəsində məlumat yerləşdirilib.
Səfirin ailəsi ilə birgə Ararat vilayətinin Pokr Vedi kəndindəki arxeoloji qazıntı yerini ziyarət etdiyi vurğulanıb. Kopırkinin həmçinin Naxçıvanla sərhəddə yerləşən Arazdəyəndə (Yerasx) olduğu bildirilib.
Onun səfər zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətininin sərhədçiləri ilə görüşdüyü vurğulanıb.