Makronun Əfqanıstanla bağlı “iyrənc” fikirləri qınağa səbəb oldu

Fransa Prezidenti Emmanuel Makron Avropanın Əfqanıstandan böyük immiqrasiya dalğası gözləməli olduğunu bildirərək, “özümüzü qorumalıyıq” deməsi ciddi reaksiyaya səbəb olub.

“TRT Haber” məlumat verir ki, onun immiqrantlarla bağlı fikirləri ifrat sağçı, anti-immiqrant Milli Birlik Partiyasının lideri Marin Le Pen ilə müqayisə edilib.

Fransız jurnalist Feiza Ben Mohamed Makronun sözlərini “iyrənc” adlandıraraq “Emmanuel Le Pen” həştəqı ilə paylaşıb.

Makronun açıqlamasından utandıqlarını bildirən şəxslər eyni həştəqlə minlərlə paylaşım ediblər.

Əfqanıstanın Şri-Lankadakı səfiri də “qaçqın qanunu baxımından eşitdiyim ən acınacaqlı ifadələrdən biridir” deyərək, Makronun sözlərinə reaksiya verib.

Makron isə ifadələrinin təhrif olunduğunu bildirərək özünü müdafiə edib.

Hamısını Göstər

Related Articles

Back to top button