Zaqatalada 3 tona yaxın narkotik tərkibli bitki məhv edilib

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button