Azərbaycanda dəhşət: Ana sevgilisi ilə birləşib 11 yaşlı oğlunu qətlə yetirdi
Goranboyda 11 yaşlı yeniyetmə öldürülüb.
“Report” xəbər verir ki, 2010-cu il təvəllüdlü Fərid Təhməzov qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.
11 yaşlı yeniyetmənin qətlə yetiriıməsi ilə bağlı bəzi detallar məlum olub.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, yeniyetmənin anası Gülay Təhməzova və sevgilisi Anar Məmmədov F.Təhməzovu döyərək öldürüblər.
Daha sonra uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı bataqlığa atıblar.
Yeniyetmənin döyülərək öldürülməsinə səbəb Aşura günü özbaşına rayondan Gəncəyə İmamzadə məscidinə getməsi olub.
G.Təhməzova avqustun 19-da uşağın itkin düşməsi barədə polisə müraciət edibmiş.
F.Təhməzovun sağlamlıq imkanı məhdudiyyəti var idi və autizm xəstəliyindən əziyyət çəkirmiş.



