Lavrov – Mirzəyan görüşü: Nəticələr az da olsa, ümidvericidir
Avqustun 31-də Moskvada Ermənistanın yeni təyin olunmuş XİN rəhbəri Ararat Mirzəyanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə məlumat verilir.
“Bu, Mirzəyanın Ermənistan XİN başçısı qismindəki ilk xarici səfəri idi. Səfərdən öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında görüşlə bağlı anons yerləşdirilib və xəbər az da olsa, ümidverici bir cümlə ilə tamamlanıb:
Moskvadakı danışıqların İrəvanla mütəffiqlik münasibətlərinin dərinləşməsinə, bölgədə sabitliyin və təhlükəsizliyin güclənməsinə xidmət edəcəyinə inanırıq”, – deyə videomaterialda bildirilir.
Daha ətraflı “Caliber”in yeni süjetində: