Razılaşma var, amma 7 rayon azad edilmir – Markov

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Ermənistan arasında hərbi konflikt imkanlarını müzakirə etdi. Bu problemin kökü Dağlıq Qarabağdır. O, Ermənistan tərəfindən SSRİ dağıldıqdan dərhal sonra işğal edilib.

Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Sergey Markov paylaşıb.

“Ermənistan 1992-ci ildə Azərbaycandan hərbi baxımdan güclü idi, çünki sovet ordusunun resurslarını ələ keçirə bilmişdi. Dağlıq Qarabağdan başqa Ermənistan Dağlıq Qarabağ ətrafında 7 rayonu da işğal edib. Bu 7 rayon mübadilə üçün boş saxlanılır. Son 25 ildə qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib, hansı ki, Ermənistanı həm silahlanma, həm iqtisadiyyat, həm də əhali baxımdan üstələyir”, – deyə o bildirib.

Markov Rusiyanın vasitəçiliyi ilə Qarabağ konflikti üçün zamanında “Kazan formulu” hazırlandığını söyləyib:

“Burada göstərilir ki, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 5 və ya 7 rayonu qaytarmalı, əvəzində iqtisadi blokada aradan götürülməli və Dağlıq Qarabağla Ermənistan arasında əlaqə üçün 2 dəhliz açılmalıdır. Digər qərarlar sonraya saxlanılır”.

Markov xüsusilə Ermənistanın bu razılaşmanı icra etməkdən qorxduğunu bildirib. Ekspert erməni liderlərinin silahlı ultraradikallardan qorxduğunu deyib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button