Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş 5 erməni həbs edilib

Rusiyanın paytaxtının Nikulinsk məhkəməsi Moskvanın müxtəlif yerlərində kütləvi münaqişələrdə iştiraka görə 4 erməninin həbsi barədə qərar verib.

Bu barədə “TASS”a məhkəmənin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Nikulinsk məhkəməsi beş nəfər üçün həbs qətimkan tədbiri seçib. Bunlar Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran, Petrosyan Argişt adlı şəxslərdir. Onların hamısı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213 maddəsinin 2-ci hissəsi üzrə ittiham olunurlar”.

Bundan əlavə, Nikulinsk məhkəməsində hazırda Narek Petrosyan və Razmik Saakyanın həbsi ilə bağlı işə baxılır.

Mənbə
trend.az
Hamısını Göstər

Related Articles

Back to top button