Hərbi çevrilişin baş verdiyi Qvineya beynəlxalq aləmdən təcrid olunur
Afrika İttifaqı ölkədə baş verən hərbi çevriliş səbəbindən Qvineyanın təşkilatdakı üzvlüyünü dayandırıb.
Qurumdan verilən məlumata görə, Qvineya İttifaq daxilindəki bütün rəhbər strukturlardakı fəaliyyətlərdən kənarlaşdırılıb.
Qeyd edək ki, sentyabrın 5-də ölkədə polkovnik Mamadi Dumbuyanın rəhbərliyilə hərbi çevriliş baş verib. Qvineya hökuməti və parlamenti buraxılıb, komendant saatı elan edilib.