Karantin rejimi qaydalarını pozan mikroavtobus sürücüləri aşkarlanıb
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına əsasən şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından irəli gələn tələblərin icrası ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində şənbə və bazar günləri günləri qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücüləri aşkarlanıb.
Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub.