Azərbaycan polisi Xankəndiyə girən iki iranlını həbs etdi

Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü həbs edib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Azərbaycan polisi Xankəndiyə və İrəvana sement daşıyan iki iranlı sürücünü həbs edib.

***

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.

Hamısını Göstər

Related Articles

Back to top button