Gədəbəydə karantin rejimini pozan çay evi aşkarlanıb

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan polise.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tədbirləri davam etdirir.

Polis  əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Slavyanka  kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Hamısını Göstər

Related Articles

Back to top button