Qaxda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Qaxda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Yol polisi əməkdaşları həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqlarını diqqətə çatdırıb. Standartlara cavab verməyən 15-ə yaxın avtomobilin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button