Şabranda yol polisi əməkdaşları təhlükəsizlik tədbiri keçiriblər
Şabran rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən qəzaların qarşısının alınması, yarana biləcək süni sıxlığın aradan qaldırılması üçün proflaktiki tədbirlər görülür, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan polise.az-a verilən məlumata görə Şabran RPŞ Dövlət Yol Polisi bölməsi əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirib. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Piyadalara diqqət göstərilməsi, piyada zolaqlarına, piyadlarla bağlı xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin piyadalar tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verənlər barəsində tənbeh tədbirləri tətbiq edilib.