DİN ata və oğlunun güllələndiyi hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Masallı rayonunda törədilmiş silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verilir ki, iyulun 29-da saat 13 radələrində Masallı Rayon Polis Şöbəsinə Əhmədli kəndi ərazisində kənd sakini H.Cəfərovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu V.İsmayılova və onun atasına xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən H.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə (Adam öldürməyə cəhd) cinayət işi başlanıb.

Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə
publika.az
Hamısını Göstər

Related Articles

Back to top button