Bakı polisi qanunsuz heyvan kəsiminə qarşı reyd keçirib

Bakı polisi paytaxtın müxtəlif yerlərində reyd keçirərək, Qurban bayramı ilə əlaqədar qanunsuz heyvan satışı və kəsimi təşkil edən şəxslər barədə qanunamüvafiq tədbirlər görüb.

Bu il koronavirus pandemiyası şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına icazə verilməyib.

Buna baxmayaraq, bəzi şəxslər bu tələbləri yerinə yetirməkdən boyun qaçırmağa cəhd ediblər. 

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində qanunsuz və heç bir sanitar-gigiyenik qaydalara əməl edilmədən fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi aşkarlayıblar.

Binəqədi RPİ-nin əməkdaşı Qoşqar Kazımov bildirib ki, məntəqini təşkil edən vətəndaş barədə inzibati protokol tərtib edilib.

 Reydlər gün ərzində paytaxtın müxtəlif hissələrində davam etdirilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button