Ermənistan təşvişdə: “İrəvandakı səfirlərə şikayət etməklə…” – Təhlükəsizlik Komitəsinin üzvü

Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri iki ölkə arasında bağlanmış hərbi əməkdaşlıq sazişlərinə uyğun olaraq planlı şəkildə keçirilir. Tovuz döyüşləri baş verməsəydi belə bu təlimlər keçiriləcəkdi. Azərbaycanın bütün ərazilərində, o cümlədən Naxçıvan Muxtar Resbulikasında Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi ölkəmizin hərbi qüdrətinin daha da güclənməsi zərurətindən yaranıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə seyib.

Onun sözlərinə görə, Azərbaycantorpaqlarının20faiziermənilərtərəfindənişğalaltında olduğundan bizim hərbçilərimiz hər zaman döyüşə,düşmənəsarsıdıcızərbə vurmağahazır olmalıdır.

O vurğulayıb ki, ordumuzun müasir silahları peşəkarcasına öyrənmək məqsədilə dost, qardaş, müttəfiqimiz Türkiyə ilə hərbi əməkdaşlığına yüksək qiymət verilir.

Deputat xatırladıb ki, Tovuz döyüşləri və ondan əvvəl də Türkiyə hər zaman Azərbaycanın yanında olacağını vurğuladyıb:

“Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının daha da artırılmasına Türkiyə hər zaman öz dəstəyini verib. İki suveren, qardaş ölkənin bir-biri ilə əməkdaşlığı, o cümlədən hərbi tərəfdaşlığl onların hüququdur”.

Aydın Mirzəzadə bildirib ki, bu gün işğalçı Ermənistan Türkiyə ilə Azərbaycan arasındakı bu sıx əməkdaşlıqdan təşvişə düşüb.

Onun sözlərinə görə, düşmən Ermənistan Azərbaycan ərazisində Türk Silahlı Qüvvələrinin hərbi təlimlər keçirməsindən ciddi narahatlıq keçirir:

“Bu, Ermənistanın problemidir. Biz bu təlimləri keçirəndə kiməsə qarşı yönəltdiyimizi bildirmirik. Ancaq Ermənistan bundan narahatlıq keçirirsə, digər dövlətlərin İrəvanda akkreditasiya olunmuş səfirlərinə şikayət edirsə, deməli o, heç də qonşuluğa uyğun gəlməyən bir siyasət yürüdürmüş. Bu, o deməkdir ki, işğalçı Ermənistan öz siyasətindən nəticə çıxarmalıdır. Eyni zamanda Ermənistanı müdafiə edən müəyyən xarici dairələr Azərbaycan-Türkiyə dostluq və qardaşlığından öz tövsiyələrini almalıdırlar”.

Təhlükəsizlik Komitəsinin üzvü onu da əlavə edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər bu yolda bütün üsullardan və imkanlardan istifadə edəcək.

O qeyd edib ki, bizim təlimlər keçən hərbçilərimiz döyüşə hazırdırlar: “Hər zaman Ali Baş Komandanın əmri ilə torpaqları azad etmə əməliyyatına başlamağa öz hazırlıqlarını nümayiş etdirirlər”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button