Türkiyə ABŞ-ı dalana dirəyib: “Siz satmasanız, Rusiyadan alacağıq”

Türkiyə Rusiyadan “Su-35” və “Su-57” qırıcıları almaq planını nəzərdən keçirir.

Bu barədə Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmirə istinadən xəbər verilir.

İ. Dəmir ABŞ-ın Türkiyəyə F-16 satmayacağı təqdirdə Rusiya ilə anlaşmaya varılacağını bildirib: “ABŞ-dan müsbət cavab ala bilməsək, Türkiyə alternativsiz qalmayacaq.“Su-35” və “Su-57” məsələsi də gündəmdədir”.

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının direktoru Dmitri Şuqayev bu yöndə Ankara ilə danışıqlara başlaya biləcəklərini istisna etməyib:

“Ankara almaq qərarına gəlsə, Moskva “Su-35” və “Su-57” qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır”.

Hamısını Göstər

Related Articles

Back to top button