Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə danışdı

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam”.

Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

09:14

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadənin səhhətində problem yaranıb.

Modern.az-ın məlumatına görə, sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur. 

Qeyd edilib ki, o, yaxın vaxtlarda Bakıya qayıdacaq.

Hamısını Göstər

Related Articles

Back to top button