Sabirabadda keçirilən toy məclisində iki nəfər qonağın vaksinasiyadan keçmədiyi müəyyən edilib
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Qaralı kənd sakini Muxtar İsmayılovun yaşadığı evin həyətində təşkil etdiyi toy məclisində iki nəfər qonağın vaksinasiyadan keçmədiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən ev sahibi və qonaqlar barəsində qanunamüvafiq tədbirlər görülüb.