Sərhədlər 1920-ci il xəritəsi ilə tanınır? – İki bəndlik saziş

9 noyabr 2021-ci il tarixində Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.

1. İkitərəfli qaydada sərhədlərin və ərazi bütövlüyün tanındığı müqavilə: sərhədlər 1920-ci il Sovet xəritəsinə əsasən müəyyənləşəcək;

2. Kommunikasiyaların açılması: bu barədə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə yekun razılıq əldə olunub; bura Azərbaycan və Naxçıvan arasındakı rabitə də daxildir.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil: proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır; kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır və bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir.

Bu baxımdan, erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir: 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür.

Hamısını Göstər

Related Articles

Back to top button