Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan edilməsi üçün göstəriş verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhddə ittiham olunan hüquq müdafiəçisi Osman Kavalanın azad olunması ilə bağlı çağırış edən 10 ölkənin səfirlərinin “persona non qrata” – arzuolunmaz şəxs elan olunması üçün XİN-ə göstəriş verdiyini açıqlayıb.

“Yatıb-durub “Kavala” deyirlər. Kavala Sorosun Türkiyə şöbəsidir. Buna görə XİN-ə gəlirlər. Bu nə cür tərbiyəsizlikdir, bura Türkiyədir! Bura bir qəbilə dövləti deyil. Lazımı göstərişi XİN-ə verdim, nə etməli olduqlarını dedim. Bu 10 səfirin tezliklə “persona non qrata” elan edilməsini həll edəcəksiniz dedim”, – deyə o bildirib.

Qeyd edək ki, sözügedən səfirlər Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ı təmsil edirlər. Onlar daha əvvəl məsələ ilə bağlı Türkiyə XİN-ə çağırılmışdı.

Hamısını Göstər

Related Articles

Back to top button