Goranboyda karantin rejimini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Dəliməmmədli şəhərində və Balakürd kəndində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyek sahibləri və müştərilər qanunla müəyyən edilmiş qaydada saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və barələrində qanunamüvafiq tədbir görülüb.




