Daşkəsəndə polis məktəblilərin qonağı olub

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Daşkəsən RPŞ-nin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak edib. 

Daşkəsən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı  Seymur Əfəndiyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. 

O öz çıxışında ən böyük sosial bəlalardan olan narkomaniyanın cinayətkarlığın artmasına təkan verdiyini və gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat yaşamağa və mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yaşamağa çağırıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button