Hacıqabulda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Hacıqabul rayon sakini H.Şeydəyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

H.Şeydəyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button