Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şəhər sakini Aysel Musayeva və rayonun Qoşaqovaq kənd sakini Ayaz Hacıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydalarına riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları kobud şəkildə pozub və polis əməkdaşları tərəfindən ictimai yerlərdə hərəkətdə olarkən saxlanılıblar. Onlarla izahedici söhbətlər aparıldıqdan sonra yaşadıqları ünvanlara geri qaytarılıblar.

Hər iki şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button