Baş qərargah rəisini təhqir etdi. “Onda bildim ki, bu adam idiotdur…”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Silahlı Qüvvələrin Birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Millini publika qarşısında təhqir edib. Xarici KİV-lərə istinadən xəbər verilir ki, Tramp “Turning Point Action” adlı mühafizəkar təşkilatın təşkil etdiyi görüşdə çıxışı zamanı Mark Millini “fucking idiot” (s…gicbəsər) adlandırıb. Buna səbəb isə Trampın dediyi kimi, Pentaqonun Əfqanıstandan ABŞ silahlarını çıxarmaqdan imtina etməsi idi.

Tramp deyib ki, prezident olarkən Əfqanıstandan qoşunların çıxarılması barədə Pentaqon rəhbərləri ilə müzakirə aparmışdı. Bildirmişdi ki, ABŞ Əfqanıstandan bütün silahlarını, “axırıncı çadıra, axırıncı qaykaya qədər” çıxarmalıdır. Mark Milli isə Baş qərargah rəisi və prezidentin hərbi müşaviri kimi bildirib ki, silahların və hərbi ləvazimatların böyük hissəsini Əfqanıstanda qoymaq lazım gələcək. Çünki onları daşıyıb çıxarmaq sərf etmir və baha başa gəlir. Milli qeyd edib ki, təyyarələri, helikopterləri, zirehli maşınları və slahları Əfqanıstanda atmaq onları hətta qonşu Pakistana daşımaqdan ucuz başa gələr.

“Məhz onda başa düşdüm ki, bu adam s…idiotdur”, – Tramp bildirib.

 General Mark Millinin bu ittihama münasibəti bəlli deyil.

Hamısını Göstər

Related Articles

Back to top button