Dünya Səhiyyə Təşkilatı “omikron”dan hələ ölən olmadığını bildirir

Koronavirusun cəmi bir neçə həftə əvvəl Cənubi Afrikada aşkarlanan və sürətlə dünyanın onlarla ölkəsinə yayılan “omikron” ştamından hələ ölüm faktı qeydə alınmayıb. Dünya Səhiyyə Təşkilatı bu barədə bildirir.

Təşkilatın səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə direktoru Maykl Rayan bildirib ki, yeni ştamdan ölüm faktının qeydə alınmaması onun daha az təhlükəli olduğu barədə qənaətə gəlməyə hələlik imkan vermir. Ştamın yoluxdurucluq dərəcəsini və xəstəliyin ağır keçməsi risklərini tam müəyyən etmək üçün hələ bir neçə həftə lazım gələcək.

Dünya Səhiyyə Təşkilatı hələlik “omikron” ştamını “ciddi narahatlıq doğuracaq mutasiya” kimi müəyyən edib. Mütəxəssislər istisna etmirlər ki, bu ştam artıq yaxın aylarda Avropada dominant olacaq.

Bundan əvvəl təşkilat “omikron”a yoluxanların xəstəliyi daha yüngül keçirdiyini bildirmişdi, amma bunun hələlik ilkin qənaət olduğunu da vurğulamışdı.

Hamısını Göstər

Related Articles

Back to top button