Vilayət Eyvazovdan QƏRAR: Mülki silahın alınması maddəsində dəyişiklik edildi

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.

Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.

Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.

Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.

Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan “səhiyyə orqanının tibbi rəyi” sözləri, “tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.

Qərar iyulun 31-dən qüvvəyə minib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button