Sülhməramlılar Xankəndi ermənilərinə 9 ton yük daşıdı
Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndidə yaşayan ermənilərə 9 tondan çox humanitar yardım ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, humanitar yük Moskva vilayətindəki xeyriyyə təşkilatları tərəfindən toplanaraq Rusiya Müdafiə Nazirliyinin İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə göndərilib.



