Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi

BMT-nin ali məhkəmə orqanı – Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Bundan başqa, Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin olunmayıb. Habelə, Ermənistanın Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin edilməyib.

Bu üç məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Hamısını Göstər

Related Articles

Back to top button