Göyçayda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Səlim Nuhzadənin koronavirus tetsinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
S.Nuhzadə barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.



