Dekabrın 4-də Ermənistana qayıdan əsirlərdən 5 nəfəri həbs olundu

Dekabrın 4-də Ermənistana qayıdan əsirlərdən bəziləri saxlanılıb.

İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bu məlumatı təsdiqləyib.

“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə başlanmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, – deyə o bildirib.

Hərbçilərin həbsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim edilib və daha sonra əlavə məlumatlar veriləcəyi vəd olunub.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycan 10 erməni əsir qaytarıb.

Hamısını Göstər

Related Articles

Back to top button