Qusarda mağazadan oğurluq edən şəxslər saxlanılıblar

Qusar  Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər  rayon sakini,  ona məxsus ərzaq mağazasından  qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Əlişirin Cabbarov və Abdulla Xanbutov saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin axşam saatlarında sözü gedən mağazaya girərək  oradan 120 manat pul, ümumilikdə 96 manat dəyərində kontur və spirtli içki oğurladıqları müəyyən edilib.

Faktla bağlı Qusar RPŞ-nin araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button