Qusarda COVID-19 xəstələri müalicəyə təyin edildiyi yerdən kənarda aşkarlandılar

DİN-in Mətbuat Xidmətinin Quba  regional qrupundan  polise.az-a verilən məlumata görə, Qusar  rayon sakinləri Yavər Bağırov, Ramin Fətəliyev  və Camal Ağabəyov   COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı  RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button