Azərbaycan Ordusunun modernləşdirilməsi… – Akar
Azərbaycan türkləri 44 gün davam edən və zəfərlə bitən Vətən müharibəsi ilə 30 illik işğala son qoyub.
Bunu Türkiyən milli müdafiə naziri Hulusi Akar parlamentdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, imzalanmış bəyanat çərçivəsində yaradılan Birgə Monitorinq Mərkəzində Türkiyə və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti birlikdə xidmət aparır və sabitlik üçün səy göstərir.
H.Akar eyni zamanda vurğulayıb ki, hazırda Türkiyə Ordusu “İki dövlət, bir millət” anlayışı ilə Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə dəstək verir:
“Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina/PHS-lərin birgə axtarışı və zərərsizləşdirilməsinə dair fəaliyyət də davam etdirilir”.



