Şamaxıda şadlıq sarayının icarədarı 4 000 manat cərimələnib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən  tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Şamo” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, yoxlamalar zamanı obyektdə təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb. Tələblərə laqeyd yanaşan şadlıq sarayının icarədarı Abdul Mikayılov 4000 manat cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button